Azərbaycanda ən yüksək və ən aşağı pensiya verilən rayonlar – SİYAHI, MƏBLƏĞ
2024-cü il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098.5 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10.8 faizini təşkil edir. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu barədə Dövlət Statistika Komitəsindən xəbər verilir.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11.9 faiz artaraq 493.9 manat təşkil edib və orta
aylıq əmək haqqının 49.7 faizinə bərabər olub.
Paytaxt Bakıda orta aylıq pensiya məbləği 675,07 manat olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Naxçıvanda verilib. Burada orta aylıq pensiya məbləği 450.21 manat olub. Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Şirvan (425.44 manat), Zəngilan (424.45 manat), Siyəzən (417.28 manat) ilk sırada yer alıblar.
Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Xocalı rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 371.78 manat olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Balakən (375.51 manat) və Masallıdır (380.27 manat)