Azərbaycanda bu il kafe və restoranlar 2 milyard manata yaxın gəlir əldə ediblər
2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11.1 faiz artaraq 1 877 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51.2 faizi hüquqi şəxslərin, 48.8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12.9 faiz
artaraq 953 milyon manat olub.