Sosial iqtisadiyyat

AZAL prezidentinə yeni müşavir təyin olundu

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Samir Rzayevə yeni müşavir təyin edilib.

Məlumata görə, bu vəzifəyə Fidan Fərzəliyeva gətirilib.

Qeyd edək ki, F.Fərzəliyeva dövlət qulluğunda çalışmazdan əvvəl uzun müddət BP-də fəaliyyət göstərib. Onun son iş yeri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olub. Yeni müşavir bu təyinatadək nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin rəisi idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)