Bank

Bir  hesabdan 5 milyon manat: Azərbaycanda xakerlərin builki rekord oğurluğu!

İri banka bir gündə 5 minədək kiber hücumlar olur. 400 min riskli əməliyyatlar bloklanır, 100-dən artıq feyk səhifə aşkar edilir və bloklanır. Bir hesabdan oğurlanan ən böyük məbləğ isə 5 milyon manat olub.

Bir sözlə, Azərbaycana edilən kiber hücumlar arasında bəzi dövlət qurumları ilə bərabər, banklar da hədəfdir. Aydın məsələdir ki, pullar orada saxlanılır ona görə.

Dayanıqlı mikromaliyyə üçün innovativ həllərə həsr olunan konfransda kibertəhlükəsizliklə məşğul olan mütəxəssislərin bu açıqlamaları hamı tərəfindən maraqla qarşılandı.   

Mütəxəssislərin sözlərinə görə, kibercinayətkarlıq transmilli xarakter daşıyır. Bu sahədə əsas qarşıya çıxan problemlər isə normativ hüquqi tənzimləmə mexanizmləri və kadr potensialı ilə bağlı olur. Yəni, milyonluq texnologiyadan istifadə edə bilərsən, ancaq bunu bacaran kadr lazımdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)