Mərkəzə sədr təyin edildi - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
- Eləcə də bax: Nazirə yeni müavin təyin olundu - SƏRƏNCAM
"BI"nin məlumatına görə, sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.