“Silk Way West Airlines”da yeni təyinat olub
“Silk Way Holding”ə məxsus olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airlines) Müşahidə Şurasının sədrinə yeni müşavir təyin edilib.
Məlumata görə, Hüseynov Fikrət Akif oğlu sədrin idman üzrə müşaviri təyin edilib.
Fikrət Hüseynov buna qədər Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri və AZAL-a məxsus futbol klubunda rəhbər vəzifəsində çalışıb.
Bu təyinatdan sonra müşavirlərin sayı doqquza yüksəlib.
Siyahı belədir:
- Zeynalov Həmid Hamlet oğlu
- Hüseynli Ramil Tofiq oğlu
- Məmmədov Zabit İlyas oğlu
- Miriyeva Nigar Seyidəhməd oğlu
- Qasımzadə Tokay Murad oğlu
- Eyyubov Robert İslam oğlu
- Dbila Jaouad
- Mustafayev Emin Rafik oğlu
- Hüseynov Fikrət Akif oğlu