Sığorta

Ziya Əliyev: "Katastrofik hadisələrin sığortalanması dövlətin yükünü azalda bilər"

Dünyada zəlzələnin vurduğu illik zərər 7 miyard dolları keçir. Bu katastrofik risklərin həcminin nə qədər böyük olduğunu göstərir. Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib ki, katastrofik hadisələrin sığortalanması dövlətin yükünü azalda bilər. Sığorta bazarına inamı gücləndirmək üçün tənzimləyici tərəfindən inzibati məsuliyyət tədbirləri artırılıb,  sığortaçılardan maksimal zərəri müəyyənləşdirmək və 20%-ni özündə saxlayıb 80%-ni təkrarsığortaya ötürmək tələb olunur. Azərbaycanda son üç katastrofik zəlzələ  milyard manat ziyan vurub və bu vəsaitlər dövlət büdcəsi hesabına ödənilib. Ona görə də katastrofik risklərin qiymətləndirilməsi və bu sahədə sığorta xidmətlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. 

Azərbaycan Sığortaçılar Asossasiyasının sədri Ülviyyə Cabbarova bildirib ki, ölkəmiz yüksək zəlzələ riski zonasına daxildir. Türkiyədə keçən il baş verən zəlzələnin 103 milyard dollar zərər vurduğunu və insanların həyatına faciəvi təsirlərini qeyd edən sədr bildirib ki, dünyada bir çox ölkələrdə maliyyə dayanıqlığını təmin etmək üçün inşaat mühəndisliyi və sığorta sistemi inkişafdadır.

Onun sözlərinə görə, daşınmaz əmlak sığortası ümumi sığortada 10 faiz paya malikdir və bu özlüyündə bu sahəyə diqqətin artırılmasını labüd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)