Sosial iqtisadiyyat

“Trendyol”dan Azərbaycan üçün qiymətlərin dəyişməsinə dair - AÇIQLAMA

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi etməsi barədə məlumatlara aydınlıq gətirib. 

ENA.az “Trendyol”un Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir. 

"Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər", deyə şirkət bildirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)