Sosial iqtisadiyyat

“Azərpoçt”un İdarə Heyətinə təyinat

“Azərpoçt” MMC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.

Məlumata görə, bu, Qurbanov Çingiz Hümbət oğludur.

O, 1986-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur.

2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit fakültəsi üzrə bakalavr və magistr təhsili almışdır.

2010-cu ildən başlayaraq müxtəlif şirkətlərdə mühasib, baş mühasib və maliyyə direktoru vəzifələrində çalışmışdır.

2023-cü ilin dekabr ayında “Azərpoçt” MMC-nin Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

2024-cü ilin sentyabr ayından etibarən “Azərpoçt” MMC-də İdarə Heyətinin üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)