Proqram həlləri

ABŞ-dan Tiktok qərarı: Ya satılacaq, ya da qadağan olunacaq

ABŞ Senatı Çinin ByteDance şirkətinə məxsus sosial media platforması olan TikTok üçün qanun layihəsini təsdiqləyib. Qanun layihəsində TikTok bir il ərzində ya satılacaq, ya da qadağan ediləcək.
Qeyd edək ki, Çinin ByteDance şirkətinə məxsus sosial media platforması olan TikTok ilə bağlı ABŞ SEnatında əvvəllər də müzakirələr açılmışdı. 

İndiki qanun layihəsinə görə, TikTok ABŞ-ın uyğun gördüyü birinə satılmazsa, ölkədə qadağan olunacaq.

Ukrayna, İsrail və Tayvana yardımı əhatə edən tədbirlə yanaşı, 170 milyondan çox amerikalı istifadəçidən məlumat toplayan proqramdan və Çinin təbliğat məqsədləri üçün istifadə etmə potensialından narahat olan senatorlar tbu qanuna razılıq veriblər.

Qanun çərşənbə axşamı gecə 79 əleyhinə 18 əleyhinə səslə qəbul edilib. Qanun layihəsi ByteDance-ə tətbiqin qadağan edilməsindən əvvəl TikTok-u satmaq üçün təxminən bir il vaxt verir.

TikTok isə artıq qanunvericiliyə qarşı məhkəmədə mübarizə aparacağını vəd edir. Nəzərə alaq ki, ABŞ dünyanın ən sürətlə inkişaf edən texnologiya nəhənglərindən birinə çevrilmiş "sosial media begemotu" üçün kritik bazardır.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)