Avtomobil

BMW 720 mindən çox avtomobilini geri çağırır - SƏBƏB

ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında BMW-nin 2012-2018 model avtomobilləri geri çağırdığı bildirilib.

Açıqlamada bu avtomobillərdə su nasosunda düzgün bağlanmayan elektrik birləşmə hissəsinin suya məruz qalaraq qısaqapanmaya səbəb ola biləcəyi və qısaqapanmanın yanğın riskini artırdığı bildirilib.

Açıqlamada geri çağırışdan təsirlənən potensial nəqliyyat vasitələrinin sayının 720 min 796 olduğu, dilerlərin su nasosunu və fiş konnektorunu pulsuz yoxlayacaqları, lazım gələrsə dəyişdirəcəkləri və qoruyucu sipər quraşdıracaqları vurğulanıb.  

Açıqlamada qeyd edilib ki, oktyabrın 4-dən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndərilməsi gözlənilir.

Bu ayın əvvəlində BMW, həddindən artıq istiləşməyə və ya nadir hallarda yanğına səbəb ola biləcək mühərrik nasazlığına görə Birləşmiş Ştatlarda 100 mindən çox, keçən həftə Çində isə 1,3 milyondan çox avtomobili geri çağırıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)