BİZNES

Azərbaycan 1 ölkədən 129 milyon dollarlıq siqaret alıb

Azərbaycan 2018-ci ildə 152 milyon 392 min dollar məbləğində siqaret idxal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə hökumətdən məlumat verilib.

Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən 129 milyon 233 min dollar məbləğində (artım 32,9%) siqaret idxal olunub.

Bundan başqa, 2018-ci ildə Rusiyadan Azərbaycana 13 milyon 224 min dollar (azalma 76,5%) məbləğində siqaret idxal olunub.

Azərbaycana siqaret idxal edən ölkələrdən biri də Belarus olub. Hesabat ilində Belarusdan 9  milyon 841 min dollar (artım 2,8 dəfə) dəyərində siqaret idxal edilib.

Bütövlükdə, respublikaya siqaret tədarükünün 93,5%-i Ukrayna və Rusiyadan idxalın payına düşüb.

2017-ci ildə Azərbaycana 159 milyon 895  min  dollar məbləğində siqaret daxil olmaqla, 160 milyon 54 min  dollar dəyərində tütün məmulatları idxal edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)