Türkiyədə illik inflyasiya 62%-dən aşağı enib
Türkiyədə illik inflyasiya yenidən azalıb.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görəi, cari ilin iyul ayında illik inflyasiya 61.78% təşkil edib. İyun ayında bu rəqəm 71.60% təşkil etmişdi. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.23%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 28.76% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 39.57% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 104.5% ilə təhsil qiymətləri olub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, caril ildə isə bu göstəricinin ən yüksək səviyyəsi-75.45% may ayında qeydə alınıb.