"ASAN Xidmət"dən daha bir - YENİLİK
"ASAN və Diasporla İş üzrə Dövlət Komitəsi birgə xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar xidmətlər göstərəcək".
"BI" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
O bildirib ki, memorandumun imzalanmasının məqsədi xaricdə yaşayan azərbaycanlıların işini asanlaşdırmaqdan ibarətdir. "Komitə ilə birlikdə xaricdə yaşayan azərbaycanlılar üçün səyyar xidmət göstəriləcək. Bununla yanaşı, soydaşlarımız elektron xidmətlərdən də faydalana biləcəklər".
Yaxın zamanlarda və xaricdə yaşayan azərbaycannlıların işləri asanlaşdırılması üçün
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov isə deyib ki, xaricdə yaşayan azərbaycanlıların işlərinin asanlaşdırılması üçün DİDK, ASAN xidmət və Xarici İşlər Nazirliyi birgə işçi qrup yaradacaq.