Bank

Azərbaycanda dövlət bankının Müşahidə Şurası ilə bağlı tələb dəyişdirilib

Bundan sonra Azərbaycanda özəl banklarla yanaşı nəzarət zərfi dövlətə məxsus olan banklarda da Müşahidə Şurasının üzvlərinin azı üçdə biri müstəqil üzv olacaq.

Bununla bağlı, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov “Banklarda korporativ idarəetmə Standartları”nda dəyişikliklə bağlı  yeni qərar imzalayıb.

Belə ki,Şuranın üzvlərinin sayı 5 olduqda müstəqil üzvlərin sayı 2, Şuranın üzvlərinin sayı 7 olduqda isə müstəqil üzvlərin sayı 3 olmalıdır.

Həmçinin müstəqil üzv vəzifəsinə irəli sürülən şəxs həmin tarixdə bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxslər yalnız müəyyən fasilədən (“cooling off”) sonra müstəqil üzv təyin oluna bilərlər. Fasilə müddəti şəxsin bankda işlədiyi müddətin azı 3-də 2-sini (azı 3 il) təşkil etməlidir.

Digər dəyişikliyə əsasən, Müşahidə Şurasının müstəqil üzvü olmaq üçün son 3 ildə bankdan müəyyən edilmiş əmək haqqı və mükafatdan, habelə dividend ödənişindən (2%-dək malik olduğu imtiyazlı səhmlər üzrə) başqa gəlir əldə etməmək tələbi də ləğv edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)