İnşaat və əmlak

MİDA 11 milyon manatlıq müqavilə imzaladı - Yeni sosial mənzillər tikəcək

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yevlaxda sosial evlərin tikintisinə başlayacaq. 

Məlumata görə, “MİDA” MMC Yevlax şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən 1.9 ha torpaq sahəsində 1, 2 və 3 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “Rabitə İnşaat” ASC ilə müqavilə bağlayıb.

Müqavilənin ümumi dəyəri isə 11 113 266 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)