MALİYYƏ

"Növbəti tədris ilində işlək tələbə kredit sistemi yaradılacaq"

“2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək”.

Bunu təhsil naziri Ceyhun Bayramov bildirib. 

Nazir deyib ki, Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər bu gün də davam etdirilir: “Bilirik ki, bu proses o qədər sadə deyil. Çünki tələbə kredit sistemi gələcəyə hədəflənməli, bu sahədə işlək sistem qurulmalı, hərtərəfli işlənmiş qanunvericilik bazası yaradılmalıdır. Biz başa düşürük ki, tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Həmin sistem qurulan zaman beynəlxalq təcrübəyə əsaslanılmalıdır. Bu işdə hər zaman dövlətin dəstəyi olmalıdır”.

C.Bayramov qeyd edib ki, tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır: “Ümid edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək”.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)