MALİYYƏ

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9% artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə 5585,8 milyon manat dəyərində ödənişli xidmət göstərilib.

Bu barədə Bakı Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9% çoxdur.

Doqquz ayda hüquqi şəxslər tərəfindən əhaliyə 5189,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 92,9%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)