Prezident Siluanov və Slutski ilə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın maliyyə naziri Anton Siluanov və Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.
ENA.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi əlaqələrimizin möhkəmlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib.