Avtomobil

Sabahdan “28 May” stansiyasının qarşısına maşınların girişi bağlanacaq

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun 28 May stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq. 

ENA.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu, sabah ictimaiyyətə açıqlanacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)