Sosial iqtisadiyyat

Naxçıvanın İqtisadiyyat Nazirliyində yeni təyinatlar olub

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub.

Bununla bağlı Ali Məclis sədrinin müavini Anar İbrahimov sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Anar İbrahimov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub, Müslüm Cabbarzadə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub, Seymur Cəfərov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)