Bank

Dollar satışlarının xalis həcmi mənfi zonadadır

2023-cü ildə Azərbaycanda banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2022-ci illə nəzərən 25,5% azalaraq 3,8 milyard dollar ekvivalentində olub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, son bir neçə il ərzində ilk dəfə 2023-cü ildə banklar tərəfindən xarici valyuta alışı onlar tərəfindən nağd valyuta satışı həcmini üstələyib. Nəticədə, satışların xalis həcmi mənfi zonada yerləşib.

"Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $3,8 milyard təşkil edib. Bunun 83,9%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - AMB-dən bildirilir.

AMB-dən vurğulanıb ki, ötən il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 29,5 milyard dollar olub (2022-ci illə müqayisədə azalma 6,9%). “Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i isə digər valyutalarda aparılıb”, - AMB-dən qeyd olunub.
Məlumata görə, valyuta əməliyyatlarının 21%-i banklararası valyuta bazarında (BVB), 79%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
2023-cü il ərzində BVB-də əməliyyatların 98%-i ABŞ dollarında aparılıb.
“Hesabat dövründə BVB-də əməliyyatların həcmi 6,2 milyard ABŞ dolları ekvivalentində olub (2022-ci illə müqayisədə azalma 31,1%). BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb”, - bank qeyd edir.
BDVB-də valyuta əməliyyatlarının həcmi 23,3 milyard ABŞ dolları ekvivalentində olub (artım 3,1%). Əməliyyatların 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.8%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)