Sosial iqtisadiyyat

Minimum pensiya 160 manata çatdırılacaq

"Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq və  nəticədə 233 min nəfərin pensiyasında artım olacaq".

"BI" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)