Qadınlar və gənclərə verilən güzəştli kreditlərin həcmi açıqlanıb
Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 290 qadın və 108 gənc sahibkara ümumilikdə 23,5 milyon manat güzəştli kredit verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, bu, sahibkarlıq sahəsində çalışan qadınların və gənclərin fəaliyyətinin stimullaşdırılması məqsədilə verilib.