TURİZM

Bakı-Qəbələ qatarları ilə bağlı YENİLİK

Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

ENA.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yararlanmaq olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)