Azərbaycanın ticarәt dövriyyәsindә әsas ölkәlәr - TOP5
Ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon 899 min ABŞ dolları olub.
ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki illə müqayisədə 2.8% azdır.
2023-cü ildə ticarət dövriyyəsində ixrac 33 milyard 898 milyon 554 min ABŞ dolları, idxal isə 17 milyard 285 milyon 344 min ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsində birinci yeri İtaliya tutub. Belə ki, ötən il Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 15 milyard 685 milyon 971 min ABŞ dolları olub. İtaliyaya ixracın dəyəri 15 milyard 208 milyon 67 min ABŞ dolları, İtaliyadan idxalın dəyəri 477 milyon 903 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin dəyəri 7 milyard 650 milyon 599 min ABŞ dolları təşkil edib. Azərbaycandan Türkiyəyə ixracın dəyəri 5 milyard 359 milyon 328 min ABŞ dolları, Türkiyədən idxal isə 2 milyard 291 milyon 271 min ABŞ dolları olub.
Üçüncü yerdə Rusiya qərarlaşıb. Azərbaycan Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 4 milyard 358 milyon 740 min ABŞ dolları olub. Rusiyaya ixrac bir milyard 196 milyon 411 min ABŞ dolları, Rusiyadan idxal isə 3 milyard 162 milyon 328 min ABŞ dolları olub.
Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının məbləği 3 milyard 101 milyon 549 min ABŞ dolları təşkil edib. Azərbaycandan ixrac 78 milyon 739 min ABŞ dolları, Azərbaycana idxal isə 3 milyard 022 milyon 810 min ABŞ dolları olub.
Beşinci yerdə 1 milyard 824 milyon 344 min ABŞ dolları ilə Azərbaycan ilə Almaniya arasında olan ticarət dövriyyəsi durur. Azərbaycandan ixrac 907 milyon 922 min ABŞ dolları, Almaniyadan idxal isə 916 milyon 421 min ABŞ dollar olub.(Valyuta.az)