“Malların risk qruplarının təyin edilməsi meyarları” təsdiqlənib
Nazirlər Kabineti “Malların risk qruplarının təyin edilməsi meyarları”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Malların risk qrupları maldan yarana biləcək təhlükələr nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında təyin ediləcək:
– mexaniki təhlükə;
– boğulma təhlükəsi;
– elektrik cərəyanının vurma təhlükəsi;
– istilik və ya yanğın təhlükəsi;
– yanığa səbəb ola biləcək termal təhlükə;
– kimyəvi təhlükə;
– mikrobioloji təhlükə;
– səs və ultrasəs təzyiqi nəticəsində yarana biləcək təhlükə;
– radiasiya təhlükəsi;
– partlayış təhlükəsi;
– malın növündən (funksional təyinatından) asılı olaraq yarana biləcək təhlükə;
– maye təzyiqi nəticəsində yarana biləcək təhlükə;
– lazer mənbələrindən yarana biləcək təhlükə;
– emal texnologiyalarının son istifadə müddəti;
– malın son istifadə müddəti;
– təhlükənin zərər vura biləcəyi obyektlər;
– obyektlərə vurula biləcək zərərin təsviri;