Marketinq və reklam

Yelo Bank tələbələr üçün "Karyera Günləri" təşkil edib

Yelo Bank Korporativ Sosial Məsuliyyət Strategiyasına sadiq qalaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlim layihəsi təşkil edib. Bu təşəbbüsdə əsas məqsəd karyera başlanğıcında olan gəncləri istiqamətləndirmək və dəstəkləməkdir.

Tələbələrin həvəslə qatıldığı təlimlər yumşaq bacarıqları inkişaf etdirmək üçün nəzərdə tutulub. Bunlara Sənin uğur formulan, Zamanın idarəedilməsi və Biznes etiketi mövzulu təlimlər daxil idi. Təlimçi qismində çıxış edən Yelo Bank əməkdaşları iştirakçıları nəzəri biliklərlə məlumatlandırmaqla kifayətlənməyib, həm də praktiki məşğələlər keçirdilər. İştirakçıların rəyləri çox müsbət oldu və bu təşəbbüskarlığa görə Banka minnətdarlıqlarını bildirdilər. Layihənin yekununda iştirakçılar sertifikatlarla təmin olundular.

Yelo Bank gənc istedadların inkişafına töhfə verməkdən qürur duyur. Bank gələcəkdə də peşəkar kadrlar yetişdirmək üçün oxşar təşəbbüsləri davam etdirməyi planlaşdırır. Bankın növbəti layihələrindən xəbərdar olmaq üçün Facebook, Instagram və LinkedIn-də “Yelo Team” səhifələrini izləyə bilərsiniz.

 
Bank xidmətləri haqqında məlumat əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)