Avtomobil

Bakı hava limanında parkinq tariflərinə dəyişiklik edilib

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür.

Bu barədə hava limanından verilən məlumatda bildirilir.

Məlumata görə, bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər.

Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib.

Bununla yanaşı, aeroportun parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.

İstifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Bununla bağlı, uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün bu gündən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.

Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)