Hərbçilərin maaş artımı ilə bağlı nazirdən Açıqlama
![](https://ena.az/uploads/news/2023-11/_ena_fd9206d397e4ba0a9304ee2e8_o.jpg)
“Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər ardıcıl şəkildə həyata keçirilir”.
Bunu maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bu işlərin nəticəsidir ki, ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam edir. Yəqin ki, bu barədə yaxın gələcəkdə məlumatlı olacaqsınız”, – nazir bildirib.