Elm və Texnologiya

İş axtaran müəllimlərin nəzərinə: bu məktəblərdə yerlər boş qalıb - SİYAHI

Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə mövcud olan vakant yerlər var.

Bu barədə  Azərbaycan Respublikasının Təhsil İnstitutundan bildirilib.

Vakansiyalara müraciət etmək istəyən namizədlər +99450 882 06 23 vatsap nömrəsinə yaza bilərlər.

“Nəzərinizə çatdırırıq ki, vakansiyalara qeyd olunan fənlərdən 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən və hər hansı vakant yerə təyin edilməyən namizədlər müraciət edə bilərlər”, - deyə bildirilib.




Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)