Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu

Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu

Təhsilverənlərə intizam tədbiri kimi uşaqlara qarşı zorakılığın hər hansı formasını tətbiq etmək qadağan edilib.

Bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının “Təhsilverənlərin etik davranış Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, təhsilverən uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, şərəf və ləyaqətlərinə hörmət etməlidir.

Qeyd edilib ki, müəllimlərin intizam tədbiri adı altında uşaqlara qarşı zorakılığın istənilən formasından istifadə etməsi yolverilməzdir.

Mənbə:trend

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə