Qeyri-Bank

“Aqrarkredit”in balansında olan əmlaklar satışa çıxarıldı

“Aqrarkredit” QSC-nin balansındakı bir qrup daşınar və daşınmaz əmlak hərraca çıxarılıb.

ENA.az xəbər verir ki, “Aqrarkredit” QSC ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs arasında imzalanmış müqavilə əsasında hərrac vasitəsi ilə satışa çıxarılır.

Hərraca çıxarılan əmlaklarla bağlı ətraflı məlumatla, həmçinin hərracların keçirilmə tarixləri və yeri barədə 05 oktyabr 2023-cü il tarixində saat 11:00-da hərraca çıxarılan "AqrarKredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı (privatization.az)  linkindən tanış olmaq mümkündür. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)