Azərbaycanda vergi daxilolmaları 23 % artıb
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çox - 12 milyard 810,7 milyon manat vəsait daxil olub.
ENA.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3 % artaraq 7 milyard 425,8 milyon manata çatıb. Daxilolmalarda müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq", - deyə o qeyd edib.