Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yeniləyib
![](https://ena.az/uploads/news/2023-10/_ena_6c1d12b119b78f7c6c888da40_o.jpg)
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2.5% artacağını proqnozlaşdırır.
Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.
Sənədə əsasən, bu, Fondun aprel proqnozu ilə müqayisədə 0.5 faiz bəndi azdır.
IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2.5% artacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0.1 faiz bəndi azdır.
Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2.7%, 2024-cü ildə isə 4.1% səviyyəsində proqnozlaşdırır.