Qarabağ

2026-cı ilə qədər 140 min nəfər doğma torpağına qayıdacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Əhali üçün həmin ərazilərdə yeni yaşayış binaları inşa edilərək onların istifadəsinə verilir.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, son 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb və bu proses sürətlə davam edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)