Türk lirəsi tarixi minimuma düşüb
Türk lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyərək 1 dollar üçün 27.5 lirəyə çatıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, sentyabrın 21-də Türkiyə Mərkəzi Bankı növbəti dəfə faizləri artırıb. TCMB sədri Hafize Gaye Erkanın rəhbərlik etdiyi Pul Siyasəti Komitəsi əksər iqtisadçıların proqnozlarına uyğun olaraq uçot faiz dərəcəsini 25%-dən 30%-ə qaldırıb. Bu, 2003-cü ilin sonundan bu tərəfə maksimum göstərici olub.
Qeyd edək ki, H.G.Erkan son dörd iclasda uçot faiz dərəcəsini 2150 baza və ya 21.5 faiz bəndi arıtırmış olub. Erkan 2023-cü ilin iyunundan bu postadır.
Türkiyədə istehlak qiymətləri indeksi 2023-cü ilin iyulunda 47.83% olduğu halda, avqusta 58.94%-ə qədər yüksəlib.