Bank

Accesbank və Coders Azerbaijan birgə təlim keçirdi

Accessbank-ın İnsan Resursları Departamenti gələcəyin istedadlarını dəstəkləmək və iş axtaranlara istiqamət vermək məqsədilə Coders Azerbaijan şirkəti ilə əməkdaşlıq çərçivəsində “İşə qəbul üçün uğur strategiyası” mövzusunda təlim baş tutub.

ENA.az xəbər verir ki, təlim iştirakçılar üçün CV-nin hazırlanması, uğurlu iş müsahibəsinə hazırlaşma, müsahibə zamanı tez-tez verilən suallar və düzgün cavablandırma qaydaları, şəxsi brend barədə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

Təlim proqramı Accessbank əməkdaşlarının və Coders Azərbaycan tələbələrinin və məzunlarının iş axtarışı prosesində daha yaxşı təchiz olunmalarına və iş dünyasında uğurlu peşəkarlar olmalarına dəstək olmaq üçün nəzərdə tutulub. Təlim proqramı zamanı iş axtaranlar üçün CV hazırlanması, tez-tez verilən müsahibə sualları və düzgün cavablar kimi məsələlər müzakirə olunub. Accessbank İnsan Resursları Departamentinin rəsmiləri bildirdilər ki, bu təlimin məqsədi gənc istedadların karyeralarını inkişaf etdirməsinə və iş dünyasında uğurla irəliləməsinə kömək etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)