"Veysəloğlu" işçi axtarır - VAKANSİYA
Vəzifə: Bazar araşdırması üzrə qrup rəhbəri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minumum 1 il marketinq və ya bazar araşdırması sahəsində təcrübə
Təhsil: İqtisadiyyat və ya marketinq ixtisası üzrə ali təhsil
Yaş həddi: 25-35
İşin Təsviri: Bazar araşdırmalarının düzgün strategiyasının yaradılması və araşdırma nəticələrinin təhlil edilməsi.
Vəzifə öhdəlikləri:
- Sorğu formalarının təhlil edilərək hazırlanması və tabeçiliyində olan işçi qruplarının sorğuları həyata keçirməsinə nəzarət edilməsi;
- Həyata keçirilən bazar araşdırmalarından əldə edilən nəticələr barədə təqdimatları təhlil edərək rəhbərlərə təkliflərin verilməsi;
- Dequstasiyaların aparılmasında düzgün hədəf kütlənin və məkanın seçilməsi;
- Mütəmadi olaraq monitorinqlərin həyata keçirilməsi.
Tələblər:
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinin olması;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması;
- Məntiqi biliklərin və yüksək analitik qabiliyyətin olması;
- Microsoft Office proqramlarında peşəkar istifadəçi səviyyəsində işləmə qabiliyyətinin olması;
- Ölkədaxili ezamiyyət imkanlarının olması;
- İngilis və rus dili biliyi arzuolunandır;
- Avtomobilin olması üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını -“Bazar araşdırması üzrə qrup rəhbəri” yazıb CV göndərməklə müraciət edilir.