Prezident İlham Əliyev Şamaxıdadır
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.
Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib