Birja

Neft qiymətləri yüksəlir - 21.08.2023

Neft qiymətləri ötən həftənin enişinin ardından bazar ertəsi ticarətdə yüksəldi.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:20-yə olan Brent neftinin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 85,27 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,47 dollar (0,55%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu dəfə 0,53 dollar (0,65%) artaraq bir barelə görə 81,78 dollar təşkil edib. 

Sentyabr WTI müqavilələri bazar ertəsi bazar bağlananda başa çatacaq. Daha aktiv şəkildə satılan oktyabr fyuçerslərinin qiyməti 0,47 dollar (0,58%) artaraq 81,13 dollar/barel olub.

Ötən həftə nəticəsində həm Brent, həm də WTI neftinin qiyməti Çində tələbin azalması qorxusu ilə 2,3% ucuzlaşıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC+ ölkələrinin hasilatın azaldılması neft qiymətlərini dəstəkləyir, lakin iqtisadiyyatı zəifləyən Çindəki vəziyyət bazara qarşı tarazlıq rolunu oynayır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)