Çin dövlət banklarını 'yuana müdaxiləni artırmağa' çağırdı
Mənbələrin Bloomberg-ə verdiyi məlumata görə, Çin rəsmiləri bu həftə dövlət banklarına yuandakı volatilliyi azaltmaq üçün valyuta bazarına müdaxilələrini gücləndirməyi tapşırıblar.
Mənbələrin bildirdiyinə görə, yüksək vəzifəli məmurlar yuanın sürətlə ucuzlaşmasının qarşısını almaq üçün bankların valyuta ehtiyatı tələblərini azaltmaq kimi alətlərdən istifadə etməyi düşünürlər.
ENA.az xəbər verir ki, dollar/yuan məzənnəsinin 7,35 səviyyəsinə qalxması ilə müdaxilənin artırılması tələbi yaranıb. Bildirilir ki, bu, yüksək səviyyəli məmurların diqqətlə izlədiyi səviyyədir. Səlahiyyətlilər həmçinin yerli şirkətlərin yuana qarşı spekulyativ valyuta ticarəti ilə enişləri sürətləndirib- sürətləndirmədiyini yoxlayır.
Mərkəzi Bankın bir sıra gözləniləndən daha güclü istinad dərəcələri təyin etməsinə baxmayaraq, yuan bu həftə dollar qarşısında 2007-ci ildən bəri ən zəif səviyyəsinə düşüb. Bu il yuan demək olar ki, 6 faiz ucuzlaşıb.