Rusiya Bankı uçot dərəcəsini 12 %-ə qaldırıb
Rusiya Bankının (Mərkəzi Bank) bu gün keçirilmiş növbədənkənar iclasında uçot dərəcəsi 8,5 %-dən 12 %-ə qaldırılıb.
ENA.sz TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Xatırladaq ki, Rusiyada uçot dərəcəsi iyulun 21-də 1 faiz bəndi artırılaraq 7,5 %-dən 8,5 %-ə çatdırılmışdı.