Bank

İsveçrənin məşhur UBS bankı fırıldaqçılığa görə cərimə ödəyəcək

ABŞ Ədliyyə Departamentinin bildirdiyinə görə, İsveçrədə yerləşən UBS bankı mənzil ipotekası ilə təmin edilmiş qiymətli kağızların satışında "fırıldaqçılıq" iddiasını həll etmək üçün 1,435 milyard dollar ödəməyə razılaşıb.

ENA.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamenti xatırladıb ki, ABŞ geniş araşdırmadan sonra UBS-nin 2006 və 2007-ci illərdə buraxılmış 40 yaşayış mənzili ipoteka qiymətli kağızının satışı ilə bağlı investorları aldatdığına dair iddia irəli sürülüb. 

Şikayətdə UBS-nin bu qiymətli kağızların alıcılarına bilərəkdən yalan və yanıltıcı vədlər verdiyi iddia edilib və 2018-ci ildə UBS və onun ABŞ-dakı filiallarına qarşı iddia ilə bağlı açılan işin yekunlaşdığı qeyd edilib.

Açıqlamada, UBS-nin işi həll etmək üçün 1,435 milyard dollar cərimə ödəməyə razı olduğu bildirilib.

Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, vasitəçilik yolu ilə həll olunan iddialar yalnız iddia xarakterli olub və heç bir məsuliyyət müəyyən edilməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)