Aqrar

Xaricə satdığımız aqrar sənaye məhsullarının həcmi artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri 540,2 milyon dollar təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10,6% çoxdur. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, ixracın ümumi həcmində aqrar məhsulların payı 4,2% artaraq 402,8 milyon dollar olub. Aqrar sənaye məhsullarının payı isə 41,3% artaraq 119,4 milyon dollar təşkil edib.

2023-cü ilin yanvar-iyul ayları ərzində meyvə-tərəvəz ixracı 46,6% artıb.

2022-ci ildə Azərbaycan 912,4 milyon dəyərində aqrar və aqrar sənaye məhsulları ixrac edib. Bu, 2021-ci ilin göstəricisindən 11,8% çoxdur.

İxracın ümumi həcmində 717,6 milyon dollar aqrar məhsulların, 194,8 milyon dollar (artım 35,4%) aqrar sənaye məhsullarının payına düşüb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)