Birja

Dünya birjalarında neft ucuzlaşır (04.08.2023)

Neft qiymətləri, Səudiyyə Ərəbistanı və Rusiyanın tədarükün azaldılması qərarı ilə yüksəlir.

Bakı vaxtı ilə saat 09:35-də Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 85,15 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan göstəricidən 0,01%) çoxdur. 

Hər iki marka ardıcıl altıncı həftə müsbət ərazidə başa vura bilər.

Ər-Riyad neft hasilatının könüllü olaraq sutkada 1 milyon barrel azaldılmasını sentyabr ayına qədər uzadıb. Beləliklə, gələn ay Səudiyyə Ərəbistanında neft hasilatının faktiki səviyyəsinin sutkada 9 milyon barel səviyyəsində olacağı gözlənilir.

Bu azalma aprel ayında elan edilən və 2024-cü ilin sonuna qədər davam edəcək gündəlik 500.000 barel hasilat azaldılmasına əlavədir.

Bundan əlavə, Rusiya bazar tarazlığını təmin etmək səylərinin bir hissəsi olaraq, ixracı müəyyən edilmiş miqdarda azaltmaqla, sentyabr ayında xarici bazarlara tədarükləri könüllü olaraq, indi gündə 300 min barel azaltmağa davam edəcək, Baş nazirin müavini Aleksandr Novak bildirib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)