Qarabağ Dirçəliş Fondunun sədrinə ötən il ödənilən əməkhaqqı açıqlanıb
Qarabağ Dirçəliş Fondunun (QDF) əsas idarəedici orqanına ödənilən əməkhaqqı açıqlanıb.
ENA.az bunu QDF-in illik audit hesabatına istinad edir. Hesabatı nüfuzlu və “BigFour”a daxil olan PwC audit şirkəti aparıb.
Hesabatda qeyd edilir ki, əsas idarəedici heyət İdarə heyətinin sədri ilə təmsil edilir və ona 2022-ci ildə 41 343 manat əməkhaqqı ödənişləri olub.
QDF-in İdarə Heyəti sədrinə ötən il ümumilikdə 33 230 manat ödəniş edilib.
Fondun İdarə Heyətinin sədri 43 yaşlı Rəhman Hacıyev 4 fevral 2021-ci il tarixindən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təyin edilib.