Venesiyalılar turistlərə çağırış etdi: "Bəsdir, daha gəlməyin"
YUNESKO, qlobal istiləşmənin təsirləri, kütləvi turizmlə əqədər onlarla problemə görə şəhərin böyük ziyanla üzləşdiyini bildirərək, Venesiyanın Təhlükəli Dünya İrs Siyahısına daxil edilməsini tövsiyə edib.
YUNESKO-nun xəbərdarlığını açıqladıqdan bir gün sonra Venesiyaya gələn turistlərə venesiyalılar çağırış ediblər: Xahiş edirik daha gəlməyin!
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) bu su şəhərinin təhlükə altında olduğunu açıqlamasından sonra İtaliyanın Venesiya şəhərindəki məşhur Rialto körpüsü turistlərlə dolub.
Tarixi körpüdəki izdiham arasında #RespectVenezia köynəyi geyən bələdiyyə işçisi, 23 yaşlı Dieqo Nechifrovo, "Bəzən kiminsə siqareti atdığını və ya köynəksiz gəzdiyini görürəm. Ən pisi odur ki, bir dəfə bir ailə Doge Sarayının düz qarşısında oturub piknikə başladı. Bir neçə həftə əvvəl diqqəti dağılan turist selfi çəkdirərkən suya düşüb. İndi gələnlər heç muzeyin nə olduğunu bilmirlər. Bu mədəniyyət turizmi deyil. Onlar sahilə və ya dağlara getməlidirlər, amma buraya yox. Xahiş edirəm, daha gəlməyin” deyərək turistlərdən şikayətlənib.
Digər tərəfdən, iki il əvvəl Venesiya böyük kruiz gəmilərinin şəhərin mərkəzindən keçməsinə qadağa qoydu, bunun onun təməllərini aşındıran və laqunun kövrək ekosisteminə zərər verən böyük dalğalara səbəb olduğu barədə xəbərdarlıq edildi. Lakin gəmilərin daha ucqar sənaye limanı olan Marqeraya yönləndirilməsi overturizm problemini həll etmədi. Rəsmi məlumatlara görə, keçən il Venesiyanın tarixi mərkəzində gecələməyən minlərlə gündəlik ziyarətçini saymasaq, 3,2 milyona yaxın turist oteldə yer alıb.
Turizmə nəzarət üçün görülən tədbirlərin səmərəsiz olduğunu və artıq gec olduğunu bildirən tənqidçilər, uzun müddətdir müzakirə edilən günübirlik səyahət edənlər üçün ödənişli rezervasiyaların tətbiqi planının turizm gəlirlərini ciddi şəkildə azaldacağı və buna görə qadağaların dəfələrlə təxirə salındığına diqqət çəkiblər.