Aqrar

Avropa ölkəmizdən bu il daha az fındıq aldı

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan 23,872 milyon avro dəyərində meşə fındığı alıblar. ENA.az xəbər verir ki, bu 49,8% azdır. Bu, 4,486 min ton qabığı təmizlənmiş meşə fındığı deməkdir.

Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarına görə, hesabat dövründə Azərbaycan Almaniyaya 12,975 milyon avro dəyərində (artım 1,5 dəfə) 2,406 min ton (artım 1,7 dəfə), İtaliyaya 6,887 milyon avro dəyərində (azalma 5,6 dəfə) 1,284 min ton meşə fındığı (azalma 5,1 dəfə) ixrac edib.

Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı alıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)