Sosial iqtisadiyyat

Türkiyədə inflyasiya proqnozu kəskin artdı. Rəsmi proqnoz 58%-ə yüksəldi

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Hafize Gaye Erkan ilk inflyasiya hesabatı təqdimatında bankın il sonu inflyasiya proqnozlarında kəskin yüksəliş proqnozu açıqlayıb.

ENA.az xəbər verir ki, Erkan, əvvəlki İnflyasiya Hesabatında 22,3% göstəricisini 58%-ə yüksəltdi. O bildirib ki, pul siyasəti və kəmiyyət sərtləşdirmə tədbirlərinin əsas inflyasiya trendinə müsbət təsirləri 2024-cü ilin ikinci rübündə görünməyə başlayacaq.

TCMB sədri inflyasiyanın zirvəsinin 2024-cü ilin ikinci rübündə yüzdə 60 ətrafında olacağını gözlədiklərini bildirib.

Erkanın sədrliyi ilə keçirilən iki iclasda TCMB siyasət faizini 900 baz bənd artıraraq yüzdə 17,50-yə çatdırıb. Bank faiz açıqlamalarında sərtləşdirmə prosesinin mərhələli olacağını vurğulayıb. Seçkilərdən sonra məzənnə, vergi və maaş tənzimləmələrindəki artım və ilin ikinci yarısında keçən ildən baza təsirinin azalması səbəbindən bir çox qurum Türkiyə üçün CPI proqnozlarını yuxarıya doğru nəzərdən keçirməyə başladı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)